суббота, 1 августа 2009 г.

Yenə sən...


Sol gözüm
sağ gözümdən qəşəngdi.
Sağ qulağım sol qulağımdan
daha yaxşı eşidir.
Sol ayağım,
qollarımdan sağ olanı
güclüdü…
Ruhum bədənimdən böyük,
Bədənim arzularımın qapısından…
Yenə də dəli kimi darıxıram…

Hə, ürəyimin sol klapanı da
sağla dolanmır,
ordan keçirsən,
burdan buraxmır.
Elə ilişib qalmısan ürəyimdə…
Yenə sən?

Комментариев нет:

Отправить комментарий