суббота, 1 августа 2009 г.

Axtarış


Qızıl-qırmızı yarpaqlar arasında
qoz yığmaqla əylənmisənsə,
məni anlayacaqsan…
Hamını qabaqlamaq,
qışqıra-qışqıra,
sevinə-sevinə
qabağa qaçmaq,
“mütləq tapacam” deyib
hər yarpağı ümidlə qaldırıb baxmaq…
Hələ də xoşbəxtlik axtarıram
yarpaqların altında beləcə…
Və bir gün
nədən çölü gözəl,
içi boş sevdalardan qaçdığımı
anlayacaqsan,
qismətinə daha çox
çürük qoz cıxıbsa əgər
xəzan içində…

Комментариев нет:

Отправить комментарий