вторник, 4 августа 2009 г.

Həndəsə həyat


Həndəsə həyat

Mən çevrəyəm,
sən kvadrat.
Diyirləndim sola-sağa,
yuxarı-aşağı...
Oynadığımı sandın,
sən də oynadın.
Diyirlənən dərdlər də var!
Ehh, anlamadın...

Mən çevrəyəm,
sən kvadrat.
Ətrafımızda dəstə-dəstə
konuslar, kublar -
bizdən yaranmışlar,
bizə oxşamışlar.
Ən ideal variant yenə özümüzük!

Mən haradan baxsan, yumruyam,
Sən haradan baxsam, kvadrat.
Yeknəsəklik tükəndirdi məni.

Anladammadım sənə
rombları sevdiyimi,
səni romb görmək istədiyimi...
Şirin-şəkər paxlavalara
bənzər romblar...
Mənə ideal olmağın yox,
nəyəsə bənzəməyin
lazım idi...

Yoxsa sənin də
çevrə içində fırlanmaqdan
başın hərləndi?

Axı, niyə mən çevrə oldum,
sən kvadrat...?

Комментариев нет:

Отправить комментарий