понедельник, 3 августа 2009 г.

“Payız yarpaqları”ndan...


bir bulanıq gölməçədə
yalqız,
solğun əksinin
halqa-halqa ləpələnməsi
payız gəlib,
osa yoxdu deməkdi...

qoca yarpaqların
son nəfəslərində
damarları çıxmış əllərilə
çiyinlərinə vurub təsəlli verməsi
payız gəlib,
osa yoxdu deməkdi...

payız gəlib, çoxdan gəlib
osa çoxdan yoxdu deməkdi
sənmi ah çəkdin,
küləkmi qopdu -
bilinməməsi....

payız alar ancaq,
hər şeyi öz rənginə boyayıb
qoparıb gedər
ağaclardan yarpaqları
insanlardan günahları...
günah bilib apardığı
yarpaq bilib qopardığı
həm də səndin...
ötən payızda gedəndin...

qaytarmadı səni mənə
payız verməyib alandı...
sən olmayınca içində
payız da yalandı...
payız da yalandı...

2 комментария: