суббота, 1 августа 2009 г.

Gecikmə...


Mən hər şeyin fərqindəyəm -
oğrun baxışının da,
məndən qaçışının da,
göydə uçuşunun da…
Gecikmə!
Olar ki, sən gələnə qədər
mən də oğrun baxmış olum,
lap uzağa qaçmış olum,
pərvazlanıb uçmuş olum
başqasının sevgisini
qanad edib…
Gecikmə...

1 комментарий:

  1. doğadaki her şey zamanında gelir ve zamanında gider, dakiktir.
    insandır yanılan ve yanıltan.
    ve
    geç kalmalarda hayata dair...

    ОтветитьУдалить