вторник, 4 августа 2009 г.

Dəli ürək...


Elə sevinirəm ki.
Payız getdi, sən gəlmədin
o mənim qonağımkən.
Payız sevgiləri elə kövrək ki...

Elə qəmliyəm ki.
Şaxta vurmuş ümidlərim
qış Günəşindən dirçəlmir -
çərxi dönmüş elə zalım fələk ki...

Elə darıxıram,
üşüyürəm ki,
ruhum göz önündə don atıb ölür.
Niyə unudulmur yaşadıqlarım?
Yaddaşım da süzmür – bir sıx ələk ki...

Amma
həm də elə xoşbəxtəm yeni il gəlir...
Görərsən, yenidən sevəcəyəm mən!
Məndəki elə tərs, dəli ürək ki...

2 комментария:

  1. Bir azaciq etiraf edim ki, sənin şerlərin mənim kimi əslində sərt birisini çox kövrəldir və heç sixilmadan deyə bilərəm ki, hətta bir-neçə dəfə yaşima uyuşmayacaq bir tərzdə doluxsunmuşam. Maraqlidir, sən özün bunlari yazanda necə, özünü necə hiss edirsən? Şe`r əksərən bir taleyin ani zamanda görüntüsünü verir.

    ОтветитьУдалить