вторник, 4 августа 2009 г.

Qırmızı...


Gah çinar bildilər yüksəkdən yüksək
Gah da kol dibində bənövşə - kövrək
Mən də gözləmişdim kimsə deyəcək:
“Qırmızı yaylıqlı qovağım mənim...”

Ah, bir məktub alam, zərfi çətirli
Yağışlı, küləkli, xəzan ətirli
Çoxlu söz yerinə bircə sətirli -
“Qırmızı yaylıqlı qovağım mənim...”

Sevinc köhnə, kədər Nuhdanqalmadı
Fani, zalım...amma dünya doğmadı
Nə olsun ki, pıçıldayan olmadı:
“Qırmızı yaylıqlı qovağım mənim...”

4 комментария:

  1. ne şerh yazım?
    yazsamda inanılar?
    bilmiremki qırmızı yaylıqlı qovag nedir?
    kaş bizim dilde menasınıda yazaydız...
    ama şeir gözeldir...

    ОтветитьУдалить
  2. Eyyy. Salam. Nə yaxşı tapdım səni)))
    Bəs niyə ünvanı demridin özün?

    ОтветитьУдалить
  3. Sənin bloqunun adini zorla ki, düz yazmışam, mən də səni tapa bilmirdəm))

    Qovuşdurana şükür)))

    ОтветитьУдалить