понедельник, 3 августа 2009 г.

Fərq


- Söz?
- Döz!
Bir hərf fərqi...

- Məgər?
- Əgər...
Bir hərflik fərqdə çırpındıq yenə.

- Bəs qəlb?
- Qəlpdi, qəlp...
Bir hərfdə gizlənmiş yalana bax.

- Mən??
- Sən!!
Bircə hərf fərqi ayırdı bizi...

- Olum ya ölüm?
- Fərqi yoxdu artıq, yoxdu fərqi...

1 комментарий: