четверг, 13 августа 2009 г.

Mən də inanmıram...
Kaş yalan ola, kaş Rəbiqəylə zarafat eləmiş ola, onu nə qədər çox istədiyini bilmək üçün...kaş...

Aldığım xəbərdən özümü itirmiş kimiyəm.
2 dəfə görmüşəm Fərhadı, maraqlı şeirlər yazan Fərhad Meteni.
Bir dəfə salamlaşıb ayrılmışıq, bir dəfə də bir ctəkan çay içmişik. Vəssalam.
Rəbiqənin söhbətlərindən tanıdım daha çox.
Bir də zarafatları yadımda qalıb.
Bizim məşhur bir şairin kitabıyla elədiyimiz zarafatlar.

O işıqlı oğlan daha yoxdu. Olmayacaq. Şeirləri qalacaq. Xatirələri.
Bir də dostları yaşayacaq. Onsuz. Hər görüşəndə ondan danışacaqlar.
Daha əvvəlki dadı-duzu qalmayacaq görüşlərin bu qüssədən.

Axı bizim dost itirən vaxtımız deyil...vallah deyil...biz hələ hər şeyi indi yaşamağa başlayırıq...yaşamaq istəyirik...bizim payızımız nə tez gəldi belə...?

Allah rəhmət eləsin.

7 комментариев:

  1. Çox sağ ol, Jalə.
    Allah Fərhada rəhmət eləsin...
    Son altı ayda mənə dəhşətli dərəcədə yaxınlaşdığım iki dostdan biriydi Fərhad... O biri dost da indi Bakıda deyil, amma gündə neçə dəfə zəng edir Allah bilir ki, məni sakitləşdirsin. Sabah gəlməlidir Sabutay.
    Hər yer xatirələridir - qulağımda səsi, gülüşü, telefonumda mənə göndərdiyi mahnılar, kompyuterimdə şeirləri, dəftərimdə xətti...
    Hətta Tarkovskinin diskini də qaytara bilmədim...
    yazı yazmaq istədim, yarımçıq qeydlərdən başqa heç nə alınmadı. Saxladım...
    Bilmirəm necə olacaq.... bilmirəm...

    ОтветитьУдалить
  2. Neylersin, ölüm herkesin başında
    Uyudun, uyanmadın olacak
    Kim bilir nerde, nasıl, kaç yaşında?
    Bir namazlık saltanatın olacak
    Taht misâli o musallâ taşında...
    ...
    Demiş Cahit Sıtkı...
    ...
    Sevgili Jale,
    Benim babam öldüğünde henüz 47 yaşına yeni girmişti,
    Son kez baktım cenazesi kalkarken, inanırmısın o gencecik adam benim gördüğüm en yakışıklı ölüydü.
    Şimdi düşünüyorum da benim babam genç öldü ve asla yaşlanmadı ve aslada yaşlanmayacak, hep genç kalacak...
    Genç gitmek ne kadar acı olsa da güzel tarafı da var.
    Düşünsene bir, o ölen insanın dostları, arkadaşları, ailesi ve varsa çocukları bil cümle yaşlanacak ama o her zaman hatıralarında gencecik kalacak, babam gibi...
    ....
    Gittiği yol aydınlık olsun, mavi olsun, açık olsun...
    Rebiqe hanımın bloguna yorum yazılmıyor, dostu için onada buradan başın sağolsun, senin ömrün uzun olsun diyorum...
    Sağlıkla, sevgiyle...

    ОтветитьУдалить
  3. Kırlangıç, çox sağ ol. Çox təşəkkür edirəm. Amma yorum problemini düzəltmişəm axı deyəsən...

    ОтветитьУдалить
  4. Allah rəhmət eləsin.
    Hələ özümə gəlməmişəm.

    Bu gün bir tədbirdə onu mütləq xatırlayacam.

    Doğrudanmı onun missiyası başa çatmışdı?
    Belə tez?(((

    ОтветитьУдалить
  5. Jale? zeng vururam, sene zeng chatmir, imkan olanda mene vizov at...
    Evvela, yazini Ulduza vermek isteyirik ve ferhadin kitabina
    Ikincisi senden balaca bir shey sorushacam - komek lazimdi///

    ОтветитьУдалить
  6. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  7. Этот комментарий был удален автором.

    ОтветитьУдалить