
bax,
yenə darıxır,
yenə təsbeh çevirir
qoca dünya...
şaraq
şaraq
şaq!
...dolanır şəffaf muncuqlar
göylə yer arasında...
şaq
şaq
şaraq!
... o darıxanda
hamı darıxır...
“...əcəb yumru-yumrudu...
yaxşı təsbeh çıxar bunlardan...”
...hamısı yadındadı...
amma
yenə darıxırsan,
yenə təsbeh toxuyursan
muncuqları silə-silə...
“o darıxanda
hamı darıxır...”
demə mənə...
yalan
demə mənə...
yenə darıxır,
yenə təsbeh çevirir
qoca dünya...
şaraq
şaraq
şaq!
...dolanır şəffaf muncuqlar
göylə yer arasında...
şaq
şaq
şaraq!
... o darıxanda
hamı darıxır...
“...əcəb yumru-yumrudu...
yaxşı təsbeh çıxar bunlardan...”
...hamısı yadındadı...
amma
yenə darıxırsan,
yenə təsbeh toxuyursan
muncuqları silə-silə...
“o darıxanda
hamı darıxır...”
demə mənə...
yalan
demə mənə...
Bakıda bir gözəl yağış səpir...lap bu şəkildəki kimi...
ОтветитьУдалитьbu şer mənim yağiş barədə oxuduğum ən gözəl şer olub. Bu şeri evlərin pəncərə şüşəsinə yazmaq lazimdir
ОтветитьУдалитьE-nin xoşuna Mən anamın ilkiyəm gəlir yağış barədə...-)
ОтветитьУдалитьküsülümüyüz?
ОтветитьУдалить