
Elə sevinirəm ki.
Payız getdi, sən gəlmədin
o mənim qonağımkən.
Payız sevgiləri elə kövrək ki...
Elə qəmliyəm ki.
Şaxta vurmuş ümidlərim
qış Günəşindən dirçəlmir -
çərxi dönmüş elə zalım fələk ki...
Elə darıxıram,
üşüyürəm ki,
ruhum göz önündə don atıb ölür.
Niyə unudulmur yaşadıqlarım?
Yaddaşım da süzmür – bir sıx ələk ki...
Amma
həm də elə xoşbəxtəm yeni il gəlir...
Görərsən, yenidən sevəcəyəm mən!
Məndəki elə tərs, dəli ürək ki...
Payız getdi, sən gəlmədin
o mənim qonağımkən.
Payız sevgiləri elə kövrək ki...
Elə qəmliyəm ki.
Şaxta vurmuş ümidlərim
qış Günəşindən dirçəlmir -
çərxi dönmüş elə zalım fələk ki...
Elə darıxıram,
üşüyürəm ki,
ruhum göz önündə don atıb ölür.
Niyə unudulmur yaşadıqlarım?
Yaddaşım da süzmür – bir sıx ələk ki...
Amma
həm də elə xoşbəxtəm yeni il gəlir...
Görərsən, yenidən sevəcəyəm mən!
Məndəki elə tərs, dəli ürək ki...
Bir azaciq etiraf edim ki, sənin şerlərin mənim kimi əslində sərt birisini çox kövrəldir və heç sixilmadan deyə bilərəm ki, hətta bir-neçə dəfə yaşima uyuşmayacaq bir tərzdə doluxsunmuşam. Maraqlidir, sən özün bunlari yazanda necə, özünü necə hiss edirsən? Şe`r əksərən bir taleyin ani zamanda görüntüsünü verir.
ОтветитьУдалитьMən yazanda özümü hiss eləmirəm, book...
ОтветитьУдалить